Advertisment

AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bir neçə reysi ləğv edib

“Azərbaycan Hava Yolları” QSC Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar bir neçə reysi ləğv edib.

Bu barədə Herbiand.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 13-ü və 14-nə nəzərdə tutulan aşağıdakı reysləri ləğv edilib:

Bakı-Təl-Əviv-Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

Bakı-Dubay-Bakı

J2 011/012 (13 iyun)

Bakı-Tehran-Bakı

J2 8017/8018 (13 iyun)

Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə callcenter@azal.az  elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.