Finlandiyada parlament üzvləri ilk dəfə olaraq parlamentin zirzəmisində fövqəladə hallarda, məsələn, müharibə zamanı istifadə edilə bilən yeraltı zalda işləmək üzrə təlimlər keçirəcəklər.
Herbiand.az bildirir ki, bunu Uutissuomalainen nəşri yazıb.
Parlament sədrinin birinci müavini Paula Risikko bunun Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına aid olduğunu izah edib: “İlkin şərt Finlandiyada təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsidir”.
Onun sözlərinə görə, parlament binasının zirzəmisində yerləşən mülki müdafiə obyektlərinə digər şeylərlə yanaşı, üzvlərin iclasları üçün əlavə otaq və digər təcili yardım otaqları da daxildir.
Təlim noyabr ayına planlaşdırılır.
Finlandiyada yeraltı mülki müdafiə sığınacaqları 2014-cü ildə başa çatdırılan Parlament binasının yenidən qurulması zamanı hazırlanıb.
Bəxtiyar CƏFƏRLİ