ABŞ-ın Oklahama ştatının Ueterford şəhərində texnogen qəza baş verib.
Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, şəhərdəki otellərdən birinin yaxınlığında dayanmış yük avtomobilinin sisternindən ammonyak sızması baş verib.
Yaxınlıqda olan onlarla şəxs zəhərlənib. Onalrdan dördünün vəziyyəti son dərəcə ağırdır. Ağır fəsadlardan yayınmaq üçün yaxın yaşayış massivlərindən yüzlərlə sakin təxliyə edilib.