Fransanın Müdafiə Nazirliyi nüvə başlığı daşıya bilən yeni ASMPA-R orta mənzilli hava-yer raketini qəbul edib. Raketlər təyyarədaşıyan gəmilər üçün nəzərdə tutulan “Rafale-M” qırıcılarına yerləşdiriləcək.
Herbiand.az bildirir ki, bu barədə Fransa Müdafiə Nazirliyi bildirib.
“ASMPA-R raketinin bu buraxılışı müdafiə nazirinin 10 noyabr 2025-ci ildə Fransa Hərbi Dəniz Qüvvələrinin dəniz aviasiyasında əməliyyat xidmətinə qəbul edilməsi barədə sənəd imzalamasından sonra baş verir”, - Müdafiə Nazirliyi bildirib.
Nazirlik oktyabrın sonlarında yeni M51.3 qitələrarası ballistik raketinin qəbul edildiyini elan edib. Qeyd olunub ki, bu raketlər “Triomphant” sinifli 4 strateji nüvə sualtı qayığında yerləşdiriləcək.
Bəxtiyar CƏFƏRLİ