Çinin ilk “Type-076” sinifli universal desant gəmisi olan “Sichuan” dəniz sınaqları üçün Şanxay gəmiqayırma zavodundan yola düşüb.
Herbiand.az bildirir ki, bu barədə Pengpai nəşri məlumat verib.
Məlumata görə, hazırda gəminin enerji, elektrik və digər sistemlərinin etibarlılığı və sabitliyi sınaqdan keçirilir.
“Sichuan”ın uçuş göyərtəsi bütün gəmi üzrədir. “Type-075” gəmilərdən fərqli olaraq, yeni gəmi elektromaqnit katapultla təchiz olunub. Bu texnologiya ilk dəfə bir müddət əvvəl istifadəyə verilən və Çinin 3-cü təyyarə gəmisi olan “Fujian”da istifadə olunub.
Bəxtiyar CƏFƏRLİ