Advertisment

 “Admiral Levçenko” gəmisi Barents dənizində artilleriya atəşi təlimləri həyata keçirib

Rusiya donanmasının “Admiral Levçenko” böyük sualtı qayıq əleyhinə gəmisinin heyəti yay aylarında planlaşdırılan döyüş təlimi tapşırıqlarının bir hissəsi olaraq Barents dənizində bir sıra artilleriya atəşi təlimləri həyata keçirib.

Herbiand.az xəbər verir ki, bu barədə Şimal donanmasının mətbuat xidməti bildirib.

Məlumata görə, gəminin heyətləri AK-100 əsas kalibrli artilleriya sistemi ilə Rıbaçi yarımadasının sahili boyunca görünən və gizli sahil hədəflərinə müxtəlif növ atəşlər tətbiq edərək düşmən atəş mövqelərini və komandanlıq postlarını simulyasiya ediblər.

"Admiral Levchenko"nun uzunluğu 163,5 metrdir. Heyət 220 nəfərdən (29 zabit daxil olmaqla) ibarətdir. Gəmi 8 "Kinjal" HHM buraxılış qurğusu (64 raket), iki dörd konteynerli "Rastrub" raket-torpeda buraxılış qurğusu, RBU-6000 raket buraxılış qurğusu, AK-100 və AK-630M artilleriya qurğuları ilə silahlanıb.

Bəxtiyar CƏFƏRLİ