Advertisment

NYT: “Rusiya Ukraynada zəiflik əlamətləri göstərir, ona görə də daha güclü zərbələr endirir

Rusiyanın iyunun 2-də səhər saatlarında yüzlərlə dron və raketlə Ukraynaya qarşı tətbiq etdiyi güc nümayişi, Moskvanın dörd illik müharibədə zəifliyinin artan əlamətlərini gizlədə bilmir. Rusiyanın Ukraynadakı cəbhə xəttində irəliləməsi faktiki olaraq dayanıb.

Herbiand.az xəbər verir ki, bu barədə The New York Times qəzeti bildirib.

Qəzet qeyd edib ki, bunun nəticəsi olaraq, Rusiya işğal olunmuş Ukrayna ərazilərində məcburi səfərbərliyi artırıb: “Çünki, daxildə müqaviləli əsgərləri cəlb etmək səyləri uğursuzluğa düçar olur. Daxili narazılıq artır. Avropa Ukraynaya yeni dəstək verir. ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları isə demək olar ki, dayanıb. Bütün bunların hamısı Rusiyanın impuls itkisinə işarə edir”.

Bəxtiyar CƏFƏRLİ