Advertisment

Müdafiə naziri: Belarus və Rusiyaya qarşı silahlı münaqişə ehtimalı...

Belarus müdafiə naziri Viktor Xrenin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında çıxış edərkən Rusiya və Belarusa qarşı hərbi münaqişə ehtimalının son dərəcə yüksək olduğunu bildirib.

Herbiand.az xəbər verir ki, bu məlumat Belarus Müdafiə Nazirliyinin Telegram kanalında dərc edilib.

"Şərqi Avropa regionundakı mövcud vəziyyəti qiymətləndirərkən qeyd edirik ki, KTMT üzvü olan Rusiya Federasiyası və Belarus Respublikasına qarşı hərbi münaqişə ehtimalı, eləcə də onun sonradan regional münaqişədən qlobal münaqişəyə çevrilməsi ehtimalı son dərəcə yüksəkdir", - müdafiə naziri xəbərdarlıq edib.

Bəxtiyar CƏFƏRLİ