Advertisment

Rusiyada obyektləri “Meduza”lar qoruyacaq

Rusiyalı mütəxəssislər obyektləri dron hücumlarından qoruyacaq “Meduza” stasionar elektron müharibə sistemi hazırlayıblar.

Herbiand.az xəbər verir ki, bu barədə “Sinerqiya” Dizayn Bürosunun baş direktoru Aleksandr Nekrasov bildirib.

O, “Meduza” sisteminin istənilən ölçüdə və konfiqurasiyada olan obyektləri əhatə etmək üçün istifadə edilə biləcəyini vurğulayıb: “Bu məqsədlə büronun mütəxəssisləri tələb olunan sayda bölməni və optimal quraşdırma yerlərini müəyyənləşdirirlər. Bu, günbəz əsaslı elektron müharibə sistemidir. O, bir kilometr radiusda 360 dərəcə qorumanı təmin edir. Bu o deməkdir ki, bu radiusa daxil olan hər hansı bir dron idarəetməni və rabitəni itirəcək, qəzaya uğrayacaq.

Nekrasov əlavə edib ki, sistemin mənzili dronların qorunan obyektdən 500-600 metr məsafədə düşməsini təmin edir: ““Meduza” dronların idarəetmə kanallarını bloklayır”.

Bəxtiyar CƏFƏRLİ