Advertisment

Sirski səfərbər olunmuş şəxsi heyətin təlimini öz üzərinə götürüb

Səfərbər olunmuş şəxsi heyətin təlimindəki problemlər Ukrayna Silahlı Qüvvələrinin komandanlığını təlim bazalarının fəaliyyətini yenidən nəzərdən keçirməyə məcbur edib. Yoxlamalardan sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski 8 hərbi hissəni yeni əsgərləri müstəqil şəkildə hazırlamaq hüququndan məhrum edib.

Herbiand.az bildirir ki, bu barədə Ukraynanın Telegram kanalı yazıb.

Yoxlamalar təlimin öz bazalarında keçirildiyi 72 bölmədə aparılıb. Nəticədə, bəzi bölmələr əvvəlki formatda təlimə davam etmək imkanını itiriblər. Qalan briqada və alaylara şəraitlərinin və imkanlarının səfərbər olunmuş şəxsi heyətin təlimi üçün tələblərə necə cavab verdiyini yenidən qiymətləndirmək tapşırılıb.

"Toxunulmaz yoxdur. Hərbi heyətin təliminin keyfiyyəti vahid, yüksək standartlara cavab verməlidir", - Sirski vurğulayıb.

Bəxtiyar CƏFƏRLİ