Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri may ayında hücumların intensivliyinin artmasına baxmayaraq, düşmənin dron və raketlərini ələ keçirməkdə effektivliyini artırıb.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, düşmən hücumlarının intensivliyi bir neçə aydır ki, rekord səviyyədədir. Ukrayna Hərbi Hava Qüvvələrinin gündəlik hesabatlarına görə, rus ordusu ötən ay kütləvi hücumlar zamanı 8351 hava hücum vasitəsindən istifadə edib. Müqayisə üçün aprel ayında bu rəqəm 6700 olub.
Bildirilib ki, may ayında Ukraynanın hava hücumundan müdafiə qüvvələri 7588 dron və raket ələ keçirib. Xüsusilə, 8150 “Shahed”, “Gerbera”, “Italmas” və digər PUA-ların buraxılışı qeydə alınıb. Bunlardan 7476-sı vurulub, ələ keçirmə nisbəti 91,73% təşkil edib. Qanadlı və ballistik raketlərdən 211 buraxılış qeydə alınıb, onlardan 112-si ələ keçirilib, ələ keçirmə nisbəti 53%-dən çox olub.
Bəxtiyar CƏFƏRLİ