Advertisment

Rusiyalı deputat: Ukraynanın PUA sənayesi məhv edilməlidir

Ukraynanın pilotsuz təyyarə sənayesi ciddi şəkildə pozulmazsa, Rusiya bölgələrinə zərbələrin sayı artacaq.

Herbiand.az bildirir ki, bu açıqlamanı Rusiya Dövlət Dumasının müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlev verib.

Bu cür açıqlamaya Krımda Azov-Kerç şəhərətrafı qatarına hücum səbəb olub. Krım rəhbəri Serqey Aksenov həmin vaxt bildirmişdi ki, zərbə Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Dörd nəfər yaralanıb, onlardan biri ölüb.

Juravlev hesab edir ki, Rusiyanın bu vəzifəni yerinə yetirmək üçün kifayət qədər imkanları var, lakin, hazırkı zərbələr hələlik düşmən üçün heç bir ciddi çətinlik yaratmır: “Avropadan dron komponentlərinin Ukraynaya daxil olduğu kanalların dəqiq şəkildə bağlanması vacibdir”.

Bəxtiyar CƏFƏRLİ