Qlobal miqyasda 118 milyon insan təqib, münaqişə, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Herbiand.az xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 11 iyun cümə axşamı günü dərc etdiyi hesabatında bildirilib.
Bu o deməkdir ki, 2026-cı ilin əvvəlin olan statistikaya görə, Yer kürəsində hər 70 nəfərdən biri evini, vətənini tərk etmək məcburiyyətində qalıb.