Advertisment

Baş Qərargah rəisi: “Ukraynada hərbi qulluqçuların kütləvi şəkildə tərxis olunması hazırda nəzərdən keçirilmir”

Ordunun kifayət qədər dolmaması səbəbindən Ukraynada hərbi qulluqçuların kütləvi şəkildə tərxis olunması hazırda nəzərdən keçirilmir. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğalın ilk günlərindən xidmət etmiş və ya uzun illər orduda olan müəyyən kateqoriyalı hərbi qulluqçuların tədricən tərxis olunması imkanları üzərində işləyir.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov LIGA.net saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, hərbi qulluqçuların tərxis olunması mövzusu olduqca həssasdır, ona görə də ictimaiyyət tez qərarlarla bağlı şişirdilmiş gözləntilər yaratmamalıdır: "İnsanları çaşdırmamaq və yalan gözləntilər yaratmamaq üçün tərxis olunma məsələsini hazırda ətraflı müzakirə etməməliyik".

Baş Qərargah rəisi səfərbərlik və tərxis olunma proseslərinin birbaşa əlaqəli olduğunu vurğulayıb: “Ordu nə qədər effektiv şəkildə doldurularsa, uzun müddət xidmət etmiş əsgərlərin rotasiyası və tərxis olunması üçün bir o qədər çox imkanlar yaranır”.

Bəxtiyar CƏFƏRLİ