Advertisment

KTMT-yə üzv dövlətlər Ermənistanı xaric etmək qərarına gəlsələr, biz bu qərarı nəzərə alacağıq – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi və bu qərarın mümkün nəticələri ilə bağlı iddialara cavab verib.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, Paşinyan mətbuat brifinqində üzv dövlətin KTMT-dən xaric edilməsi prosedurunun mövcudluğu və Ermənistanın vəziyyətində belə bir sualın yaranma ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.

“KTMT-dəki vəziyyət barədə şərh verə bilmərəm. Bilirəm ki, KTMT-dən xaric etmə mexanizmi var və o, işləyir. Əgər üzv dövlətlər Ermənistanı xaric etmə qərarına gəlsələr, biz bu qərarı nəzərə almalıyıq. Başqa çarəmiz yoxdur”.