Rusiya ona qarşı edilən pis hərəkətləri unutmamalıdır, bütün bunlar yadda saxlanılmalıdır.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev deyib.
“Vahid Rusiya” Ekspert Şurasının Xalq Proqramının hazırlanması üzrə iclasında Medvedev qeyd edib ki, dünya tarixində heç vaxt bir ölkə Rusiya qədər qanunsuz məhdudiyyətlərə məruz qalmayıb: "Biz təbii ki, konstruktiv əməkdaşlığa hazırıq, amma sadəcə bizə dəyən ziyanı, ölkəmizə, dövlətimizə və ən əsası vətəndaşlarımıza edilən pis şeyləri unutmağa haqqımız yoxdur. Bütün bunlar yadda saxlanılmalıdır".
O, vurğulayıb ki, hətta belə şəraitdə Rusiyanın inkişaf etməsi və vətəndaşlarının layiqli həyat keyfiyyətindən zövq alması üçün hər şey edilməlidir.
Bəxtiyar CƏFƏRLİ