“Cənub” qrupu Donetsk vilayətinin Konstantinovka şəhərinin cənub-qərb hissəsində fəal şəkildə irəliləyir. 100-dən çox bina azad edilib, Ukrayna Silahlı Qüvvələri isə 100-dən çox əsgərini itirib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi jurnalistlərə bildirib.
"Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti – red.) Konstantinovka yaşayış məntəqəsində “Cənub” qüvvələri qrupunun hücum qrupları aktiv hücum əməliyyatları aparır və şəhərin cənub-qərb hissəsində Ukrayna Silahlı Qüvvələrini məhv etməyə davam edir. Son 24 saat ərzində Konstantinovkada 100-dən çox bina azad edilib. Düşmən 100-dən çox şəxsi heyəti, üç zirehli texnikası və 18 pikapını itirib", - bəyanatda bildirilir.
Bəxtiyar CƏFƏRLİ