Advertisment

Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Görüşün yekunu ilə bağlı keçirdiyi birgə mətbuat konfransında Lavrov türkiyəli həmkarı ilə danışıqlarda regiondakı vəziyyətin müzakirə olunnduğunu söyləyib.

Bildirib ki, Moskva və Ankara "3+3" regional əməkdaşlıq platforması çərçivəsində fəaliyyəti dəstəkləməkdə maraqlıdır.

Rusiya XİN başçısı bu formatın qapılarının Gürcüstan üçün açıq olduğunu da söyləyib.