Hazırda 72 ölkədən təxminən 16 min xarici könüllü Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsində iştirak edir. Onların təxminən 40 faizi Latın Amerikası ölkələrinin vətəndaşlarıdır.
Bu barədə Ukraynanın Hərbi Ombudsmanı Olqa Reşetilova avqustun 6-da ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirdiyi görüşdə məlumat verib.
Reşetilovanın sözlərinə görə, Hərbi Ombudsman Aparatı 2026-cı il yanvarın 27-də fəaliyyətə başladıqdan sonra xarici könüllülərdən, onların ailə üzvlərindən və səlahiyyətli nümayəndələrindən 300-dən çox müraciət qəbul edib.
O bildirib ki, müraciətlərin əksəriyyəti maliyyə təminatı, əlavə kompensasiyaların ödənilməsi və birdəfəlik maddi yardım məsələləri ilə bağlı olub.
Hərbi ombudsman qeyd edib ki, xarici və vətəndaşlığı olmayan hərbi qulluqçuların hüquqlarının qorunması məqsədilə xüsusi işçi qrupu yaradılıb.
Onun sözlərinə görə, bu qrup könüllülərin hərbi xidmətə qəbulundan başlayaraq xidmətin başa çatmasına, tərxis olunmasına, doğma ölkələrinə qayıtmasına və ya Ukraynada mülki həyata inteqrasiyasına qədər bütün mərhələlərdə yaranan məsələlərin həlli ilə məşğul olur.