Bu ay Azərbaycana 99000 doza “Pfizer” vaksini gətiriləcək

Azərbaycana bu günədək 319 410 doza “Pfizer- Biontech” vaksin dərman vasitəsi gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, əlavə olaraq 99 000 doza vaksinin oktyabr ayının sonuna qədər ölkəyə çatdırılması gözlənilir.

Həmçinin bildirilib ki, indiyə qədər ölkəyə 453 600 doza “AztraZeneca” vaksini gətirilib. Azərbaycan Özbəkistan, Bosniya və Herseqovina, Tacikistan və Qırğızıstana humanitar yardım kimi 170 000 doza “AstraZeneca” vaksini göndərib.

Copy link
Powered by Social Snap