Şuşada xəstəxana fəaliyyətə başladı

Şuşada ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.

Herbiand.az  xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış feysbukda bildirib.

6 palatadan ibarət xəstəxana təcili yardım, laboratoriya, reanimasiya və cərrahiyə xidmətləri göstərəcək.

Qeyd edək ki, bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisəsidir.

Copy link
Powered by Social Snap