Azərbaycan Xocavənddə mövqelərini 1200 m irəli çəkdi

Dünən Azərbaycan hərbçiləri Xocavənd istiqamətində mövqelərini 1200 m irəli çəkərək neytral əraziyə yaxınlaşıblar.

Herbiand.az xəbər verir ki, bu barədə Sputnik Ermənistana icma lideri məlumat verib.

O, Azərbaycan tərəfinin 1200 m irəlilədiyini bildirib. Erməni tərəfi bu barədə Rusiya sülhməramlılarını da məlumatlandırıb.

“Hadisə yerinə rus generalı Eqorov gəldi. Danışıqlardan sonra azərbaycanlılar öz əvvəlki mövqelərinə qayıtdılar”, –  deyə icma lideri bildirib.

Yaşayış məntəqəsi ilə Azərbaycan ordusu arasında ən yaxın məsafə 2 km təşkil edir.

Azərbaycan ermənilərdən Qarabağın qondarma əski parçası olan bayrağı döyüş postundan və Amaras monastır kompleksindən götürmələrini tələb edib. Rus hərbçiləri vəziyyətin gərginləşməməsi üçün əski parçasını Ermənistan bayrağı ilə əvəzləməyi təklif edib.

İcma lideri əski parçasının dəyişdirilməyinin onun  səlahiyyətlərinə aid olmadığını bildirib. O qondarma bayrağın hələ də orada dalğalandığını qeyd edib.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap