Ceyhun Bayramov Finlandiyanın yeni səfiri ilə görüşüb

24 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narineni qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Herbiand.azya verilən xəbərə görə, nazir Ceyhun Bayramov Finlandiyadan olan həmkarı ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşə istinad edərək, ölkələrimiz arasında münasibətlərinin inkişafı perspektivlərini qeyd etdi. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olunub.

Səfir Kristi Narine Azərbaycan Respublikasının Prezidenti ilə çox maraqlı görüşün keçirildiyini qeyd edib. O, həmçinin Milli Məclisdə Finlandiya ilə Dostluq Qrupunun üzvləri ilə keçirilən görüşə məmnunluqla istinad edib. Səfir Finlandiyanın bölgədə sülhün bərqərar olmasında maraqlı olduğunu və bu xüsusda, bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər iki ölkənin iqtisadi, enerji, ətraf mühit, təhsil sahələrində qarşılıqlı əlaqələrinin inkişafı imkanlarını müzakirə ediblər.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Copy link
Powered by Social Snap