Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi Anadolu agentliyinin “60 saniyə bu gün” rubrikasında yerləşdirilib

Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi Anadolu agentliyinin “60 saniyə bu gün” rubrikasında yerləşdirilib

Ermənistanın Gəncə şəhərindəki yaşayış binalarına ballistik raketlə zərbə endirməsi hadisəsi Anadolu agentliyinin “60 saniyə bu gün” rubrikasında yer alıb.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, təcavüzkar dövlətin dinc əhalini hədəf alması nəticəsində 9 mülki şəxsin ölümünə, 34 nəfərin yaralanmasına və böyük miqyasda dağıntıya səbəb olub. Yazıda qeyd olunub: “Bütün bu cinayətlərə görə, Ermənistan dövlətinin məsuliyyət daşıdığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın buna qarşılıq verəcəyini bildirib”.

 

Sabir Şahtaxtı

Copy link
Powered by Social Snap