“Euronews” saytında “Dağlıq Qarabağ: gərginliyin yeni mərhələsi” sərlövhəli məqalə dərc edilib

“Euronews” saytında “Dağlıq Qarabağ: gərginliyin yeni mərhələsi” sərlövhəli məqalə dərc edilib

“Euronews” saytında “Dağlıq Qarabağ: gərginliyin yeni mərhələsi” sərlövhəli məqalə dərc edilib.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, məqalədə Aİ üzvü olan ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin oktyabrın 12-də keçirilməsi nəzərdə tutulan görüşündən bəhs edilir. Həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada keçirilmiş söhbətlərinin yekunlarına əsasən, humanitar atəşkəs haqqında bağlanmış saziş nəzərə alınmaqla müzakirə edilməsi nəzərdə tutulur.

Məqalədə vurğulanır ki, qarşıdurma vəziyyətində olan tərəflər həmin razılaşmanın pozulmasına görə bir-birini ittiham edir. Materialda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatına xüsusi yer ayrılıb. Həmin bəyanatda deyilir: “Bu, ermənilərin siyasi liderləri tərəfindən azərbaycanlılara qarşı soyqırımı aktıdır. Humanitar atəşkəs haqqında sənəd var. Lakin erməni silahlı qüvvələri elə ertəsi gün Gəncə şəhərinin əhalisi sıx olan rayonuna raket hücumu ediblər. Bu, müharibə cinayətidir. Bu, erməni tərəfin riyakarlığını bir daha nümayiş etdirir”.

Copy link
Powered by Social Snap