İsrail səfiri: “Heç bir üçüncü dövlət Azərbaycanla münasibətlərimizə mane ola bilməz”

“Biz Azərbaycanla dostluğu dəyərləndiririk”.

Herbiand.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” hesabında yazıb.

Bakıda keçirilən “Rebuild Karabakh” sərgisində İsrailin hər tərəfindən müxtəlif texnologiyaların təmsil olunduğunu bildirən diplomat bunu İsrail və Azərbaycan arasında dostluq və inkişaf edən münasibətlərin simvolu adlandırıb.

“Biz bu dostluğu dəyərləndiririk və getdikcə artmasından məmnunluq duyuruq. Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarşı, nə də mane ola bilər. Bizim əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox işbirliyi görəcəyimə ümid edirəm”, – deyə səfir Corc Dik qeyd edib.

Copy link
Powered by Social Snap