Mətyu Brayzə: Ermənilərin Azərbaycanın mülki əhalisini atəşə tutması onların ümidsiz olmalarından xəbər verir

Mətyu Brayzə: Ermənilərin Azərbaycanın mülki əhalisini atəşə tutması onların ümidsiz olmalarından xəbər verir

Azərbaycan öz torpaqlarını azad edərək irəliləməkdə davam edir. Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır. Ermənistanın isə Azərbaycanın dinc əhalisini atəşə tutması onların ümidsiz olduqlarından xəbər verir.
Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Mətyu Brayzə deyib.
Mətyu Brayzə Ermənistanın Azərbaycana raket hücumlarının təxribat xarakteri daşıdığını bildirib. Qeyd edib ki, bununla onlar Azərbaycanın da cavab olaraq Ermənistanın mülki əhalisini vurmasını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Azərbaycana qarşı savaşa cəlb olunmasını istəyirlər.
Paşinyanın öz hərəkətləri ilə özünü çox təhlükəli bir vəziyyətə saldığını deyən M.Brazyə bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmalıdır. Paşınyan Rusiyadan yardım istəyir, lakin Moskva da görür ki, Ermənistan beynəlxalq prinsipləri pozaraq ATƏT-in Minsk qrupunun danışıqlar formatından imtina edib.

Copy link
Powered by Social Snap