Milorad Dodik Azərbaycana təşəkkür edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yülsək səviyyəli görüş çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Herbiand.az-a verilən məlumata görə, tərəflər görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar, münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.

Ceyhun Bayramov keçmiş münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Bosniya və Herseqovinanın hər zaman dəstək verdiyini məmnunluqla qeyd edib.

Milorad Dodik COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü ifadə edib.

Görüşdə tərəflər qarşılıqlı şəkildə səfirliklərin açılması prosesinin sürətləndirilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Copy link
Powered by Social Snap