Nazir mavini: “Postmünaqişə dövründə tarixi-mədəni abidələrin bərpası əsas hədəfimizdir”

“Ermənistanın işğalından azad edilən ərazilərdə tarixi-mədəni abidələr yerlə-yeksan edilib. Təəssüflər olsun ki, bunun yeganə izahı Azərbaycan xalqına qarşı etnik nifrət hissidir”.

 Herbiand.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib.

“Postmünaqişə dövründə sülh mövzularından danışmağımıza baxmayaraq, əvvəlki cinayətlərə düzgün hüquqi qiymətin verilməsi məsələsini gündəmə saxlayırıq. Azərbaycan tarixi-mədəni abidələrinin dağıdılması məsələsi beynəlxalq ədalət məhkəməsinin qarşısında qaldırılıb. Bizim əsas hədəfimiz işğaldan azad edilən ərazilərdə geniş miqyasda həyata keçirilən bərpa-quruculuq işlərinin mümkün qədər qısa müddətdə yekunlaşmasıdır. Azərbaycan höküməti, Mədəniyyət Nazirliyi tərəfindən keçən ildən başlayaraq ilkin invertallaşdırma, monitorinq işlərinə başlanılıb. Bu işlər davam etdirilir. Postmünaqişə dövründə tarixi-mədəni abidələrin bərpası, sülh mesajının çatdırılması əsas hədəfimizdir. Bu istiqamətdə səylərimizi davam etdiririk”, – o deyib.

Copy link
Powered by Social Snap