Rusiya sərhədindəki vəziyyəti diqqətlə izləyir

“Rusiyanın səmərəli vasitəçilik səyləri nəticəsində Ermənistan-Azərbaycan sərhədindəki gərginlik operativ şəkildə aradan qaldırılıb”.

Herbiand.az-ın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Biz sərhəddəki vəziyyəti diqqətlə izləməyə davam edirik. Hərbçilərimiz və əlbəttə ki, sərhədçilərimiz Azərbaycan və Ermənistandan olan həmkarları ilə təmasdadırlar”, – Rusiya XİN rəsmisi qeyd edib.

Copy link
Powered by Social Snap