Ter-Petrosyan Arutyunyanı yanına çağırdı

Bu gün Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan iqamətgahında qondarma Dağlıq Qarabağın prezidenti Araik Arutyunyanla görüşüb.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, Arutyunyandan əvvəl isə onun mətbuat katibi Vaqram Poqosyan həmin yerdə olub və jurnalistlərə səfərlə əlaqədar rəsmi məlumatın yayılacağını bildirib.

Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar bura gələn Arutyunyan 1-ci prezident Levon Ter-Petrosyanı bu münasibətlə təbrik edib.

Görüş zamanı son zamanlar Artsaxda baş verən hadisələr, beynəlxalq statusun aydınlaşdırılması və bunun üçün səylərin artırılması məsələləri müzakirə olunub.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap