Səfirdən mühüm açıqlama: “Uzunmüddətli Dağlıq Qarabağ razılaşması hazırlanır”

“Fransa Rusiya və ABŞ ilə birlikdə Azərbaycanla Ermənistan arasında uzunmüddətli Dağlıq Qarabağ razılaşmasının hazırlanması üzərində işləyir”.

Herbiand.az xəbər verir ki, bu sözləri Fransanın Ermənistandakı səfiri Anne Luyo “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibəsində bildirib.

Səfir razılaçmanın detallarını söyləməyib. O ancaq  ATƏT -in Minsk Qrupunun həmsədrlərinin bu prosesdə iştirakını vurğulayıb.

“Mən hazırda Ermənistandayam və ATƏT-in Minsk Qrupunun işində iştirak etmirəm. Bir həmkarım var: Fransanın ATƏT-in Minsk qrupundakı nümayəndəsi Stefan Viskonti. Ancaq deyə bilərəm ki, Nyu-Yorkda irəliləyiş qeydə alınıb.

Sizi əmin edə bilərəm ki, rus və amerikalı tərəfdaşlarımızla birlikdə Qarabağla bağlı daha uzunmüddətli müqavilə bağlamağa yönəlmiş prosesi inkişaf etdirmək üçün çalışırıq” deyə Luyo qeyd edib”.

Copy link
Powered by Social Snap