Vilayət Eyvazov daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. 

Herbiand.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin müvafiq əmri ilə polis mayoru Yusif Hüseynov Nizami Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis vəzifəsinə təyin olunub. 

Məlumatı  Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiq edib.

Xatırladaq ki, nazirin bugünkü əmri ilə polis polkovnik-leytenantı Azər Məmmədov Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Copy link
Powered by Social Snap