XİN: Bu gün Azərbaycan məğrur xalq kimi dünya qarşısında çıxış edir

“Bu günədək fəaliyyətimizin əsas hissəsi Ermənistanın bizə qarşı törətdiyi təcavüz və onun nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub”.

Herbiand.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Karabakh Memorial” internet resursunun təqdimat mərasimində deyib.

O qeyd edib ki, söhbət 30 ilə qədər davam edən və müstəqilliyinin ilk illərindən Azərbaycana qarşı davam edən təcavüz siyasətindən gedir: “Ekosid törədilib, çaylarımız çirkləndirilib, meşələrimiz məhv edilib. Azərbaycanın mədəni, tarixi irsi dağıdılıb. Bu gün Azərbaycan məğrur xalq kimi dünya qarşısında çıxış edir. Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində böyük işlər görülür”.

Copy link
Powered by Social Snap