Çiyələk haqqında bilmədiyimiz 7 faydalı məlumat

Çiyələk sağlamlığımızda hansı rol oynayır? Qidalanma və Pəhriz Mütəxəssisi Nur Ecem Baydı Özman çiyələyin bilinməyən 10 faydasını izah edərək vacib təkliflər verdi. Herbiand.az həmin məlumatları təqdim edir.

1. Gündəlik C vitamini ehtiyacını qarşılayır

C vitamini baxımından ən zəngin meyvələr arasında olan çiyələk hər meyvə kimi az miqdarda qəbul edilməlidir. Qidalanma və Pəhriz Mütəxəssisi Nur Ecem Baydı Özmanın sözlərinə görə, hər gün 10-12 çiyələk qəbul etmək gündəlik C vitamini ehtiyacının yarısından çoxunu qarşılayır. Bildiyimiz kimi, C vitamini immunitet sistemini dəstəkləyən ən vacib vitaminlərdən biridir. Amma C vitamini tərkibindən faydalanmaq üçün çiyələyi uzun müddət gözləmədən qəbul etmək faydalıdır. Gözləmə, hava ilə təmas kimi vəziyyətlərdə çox miqdarda C vitamini itkisi ola bilər.

2. Böyrək daşlarına səbəb ola bilər

Ancaq bu meyvənin zərərlərindən də yan keçmək olmaz. Tərkibində çox miqdarda oksalat olduğu üçün həddindən artıq istehlak edildikdə böyrək daşlarına səbəb ola bilər.

3. Dərini gözəlləşdirir

Çiyələyin cildə də çox böyük faydası var. Kollagen sintezinin stimullaşdırılması sayəsində C vitamini dəriyə elastiklik və canlı görünüş verir, qırışların yaranmasını gecikdirir. Dərini ultrabənövşəyi şüaların zərərindən də qoruyur. Bu səbəbdən sağlam dəri üçün hər gün kifayət qədər C vitamini almaq vacibdir.

4. Xolesterolu aşağı salır

Çiyələk eyni zamanda tərkibindəki C vitamini, antosiyaninlər və liflər sayəsində xolesterol LDL və trigliserid səviyyələrini aşağı salmaqla qandakı lipid profilini yaxşılaşdırmağa kömək edir.

5. Stresin meydana gəlməsini azaldır

Flavonoidlər çiyələkdəki fenolik birləşmələrin əsas qrupudur, yəni bioaktiv xüsusiyyətləri ilə sağlamlığa qoruyucu təsir göstərən maddələrdir. Bu birləşmələr sərbəst radikallarla mübarizə aparır və oksidləşdirici stresin meydana gəlməsini azaldır, aterosklerozun (damarların sərtləşməsi) qarşısını alır və qan təzyiqini normal səviyyədə saxlamağa kömək edir.

6. Kilo nəzarətinə kömək edir

Çiyələk yüksək su və pulpa tərkibi sayəsində toxluq təmin etməkdə təsirlidir. Pəhriz mütəxəssisi , Nur Ecem Baydı Özmanın sözlərinə görə çiyələyin glisemik indeksi, yəni qan şəkərini yüksəltmə sürəti yüksək deyil. Bu şəkildə qan şəkərinin balansına kömək edir.

7. Siqaretin zərərini azaltmaqda faydalıdır

Qidalanma və Diyet Mütəxəssisi Nur Ecem Baydı Ozman siqaret çəkənlərin qanında C vitamininin daha aşağı olduğunu bildirir və davam edir: “Vücudda reaktiv oksigen növləri artdıqda toxumaların zədələnməsi qaçılmazdır, buna görə də çiyələk siqaret çəkənlərin C vitamini ehtiyaclarını da qarşılamaqda faydalıdır”.

Araşdırmanı apardı: Aytən NAZİMQIZI

Copy link
Powered by Social Snap