Artur Vanesyan: “Ermənistanın sərhədlərini heç kim dəqiq bilmir”

Paşinyanın ən böyük səhvi odur ki, mən Ermənistan sərhəddini millimetrinə qədər bilirəm deməsidir. Bu ölkədə heç kim Ermənistanın sərhəddinin haradan keçdiyini bilmir.

Herbiand.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Milli Təhlükəsilzik Xidmətinin (MTX) sabiq rəisi, hazırda “Şərəfim var” blokunun rəhbəri Artur Vanesyan bildirib.

Vanesyan əlavə edib ki,  Ermənistanın millimetrə qədər dəqiqliklə çəkilmiş 100 faizli xətitəsi yoxdur.

“Sovet vaxtında bizim İran və Türkiyə ilə dövlət sərhədlərimiz vardı. Amma Azərbaycan və Gürcüstanla adminstrativ sərhədlər idi. Bunlar isə fərqli anlayışlardır.”, – deyə sabiq MTX rəhbəri bildirib.

Copy link
Powered by Social Snap