Avstraliya donanması üçün yeni gəmilər alır

Qərbi Avstraliyanın Henderson şəhərindəki Austal gəmiqayırma zavodunda modernləşdirilmiş “Keyp” sinfindən olan 6 patrul katerinin 1-cisi suya salınıb.

Herbiand.az xəbər verir ki, Avstraliya Hərbi Dəniz Qüvvələrinin dəniz sistemləri rəisi, kontr-admiral Vendi Malkolm bildirib ki, bu tip gəmilər donanmada “Armideyl” sinfindən olanları əvəzləyəcək və yeni “Arafura” katerləri gələnə qədər müvəqqəti olaraq əsas platformaya çevriləcək.

Modernləşdirilmiş “Keyp” sinifli patrul gəmilər Avstraliyanın Kral hərbi dəniz donanmasına ölkənin sərhədlərini inamla qorumağa imkan verəcək. 6 gəminin alınması tək müdafiə potensialının gücləndirilməsi üçün deyil, həm də gəmiqayırma sənayesində iş yerlərinin qorunması üçündür”, – kontr-admiral bildirib.

Gəminin 2022-ci ilin əvvəlində istifadəyə verilməsi gözlənilir. Digər beş gəminin də inşası davam edir.

“Keyp” sinifli katerin uzunluğu 57,8 metr, eni 10,3 metrdir. Üzmə məsafəsi 4000 dəniz milidir, heyət 18 nəfərdən ibarətdir. Kater 12,7 mm-lik pulemyotla təchiz olunub.

Copy link
Powered by Social Snap