Azərbaycanda benzinin qiyməti bahalaşdı

Azərbaycanda AI-95 (“Premium”) və AI-98 (“Super”) benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb.

Bunu Herbiand.az-a SOCAR PETROLEUM mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli deyib.

Onun sözlərinə görə, idxal olunan ölkədə qiymət artımı ilə əlaqədar olara ölkəmizə idxal olunan “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin qiymətində bahalaşma baş verib. Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM”markalı yanacaq növlərinin qiymətində artım baş verib. Beləliklə “A-98” 1.90 manata, “A-95” isə 1.60 manat satışı həyata keçirilir.

Qeyd edək ki, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti hər litrə müvafiq olaraq 1 manat, dizelin qiyməti isə 0,80 manat təşkil edir.

Copy link
Powered by Social Snap