“Emmi” rasizmdə günahlandırıldı

Los-Ancelesdə “Emmi” televiziya mükafatının 73-cü mükafatlandırma mərasimi yekunlaşıb. Mərasimdə bütün mükafatlar ağ dərili aktyorlara qismət olub.

Herbiand.az xarici mətbuata istinadən xəbər verir ki, müxtəlif nominasiyalar üzrə aktyorların 44%-i etnik azlıqlar təşkil edib. Lakin buna baxmayaraq, 1-ci və 2-ci planda rollar üzrə bütün 12 kateqoriyada qalib gələnlərin hamısı ağ dərili aktyorlar olub.

Artıq sosial şəbəkələrdə təşkilatçılar rasizmdə günahlandırılıb.

Twitterkampaniyada başladılan #EmmysSoWhite 2016-cı ildə “Oskar” kino müsabiqəsinin mükafatlandırma mərasimindən sonra baş verən #OscarsSoWhite etirazını xatırladır.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap