Eyni mağazadan aldığı biletlərlə 3 dəfə cekpot uddu

ABŞ-ın Şimali Karolina ştatının sakini Terri Splaun illərlə eyni mağazadan müxtəlif şirkətlərə məxsus olan lotereya biletləri alıb. Nəticədə dörd il ərzində üç dəfə cekpot udub.

Herbiand.az xəbər verir ki, bu barədə Daily Star məlumat yayıb.

Splaun bir milyon dollar olan ilk cekpotunu 2017-ci ildə qazanıb. İki il sonra Konkord şəhərindəki eyni yerdən və eyni mağazadan lotereya bileti alıb və daha bir milyon dollar udub. Üçüncü cekpotunu isə o, 8 sentyabr tarixində qazanıb – vergilər çıxıldıqdan sonra 70.7 min dollar.  “Bu sadəcə inanılmazdır … qazanmaq, əlbəttə əyləncəlidir!” – Splaun bildirib.

Lotereyanı təşkil edən kompaniya amerikalını şəxsi Twitter-də qazandığı qələbə münasibətilə təbrik edib. “Mən istəyirəm ki, Terri mənə lotereya bileti alsın! Üç dəfə cekpot udmaq! Bu çılğınlıqdır”, – istifadəçilərdən biri yazını şərh edib.

Bəxtiyar CƏFƏRLİ

Copy link
Powered by Social Snap