Rusiya İranla hərbi sahədə əməkdaşlığı genişləndirməyə hazırdır – Şoyqu

Rusiyanın müdafiə naziri Serqey Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə görüşdə bildirib ki, ölkəsi İranla hərbi əməkdaşlığın dinamik və çoxplanlı xarakterini inkişaf etdirməyə hazırdır. O, iki ölkənin müdafiə idarələrinin bu il birgə çox zəngin tədbirlərinin olduğunu qeyd edib.

Herbiand.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Şoyqu deyib ki, Rusiya və İran uzun müddətdir birlikdə beynəlxalq terror təhlükəsi ilə mübarizə aparır. ABŞ qüvvələrinin Əfqanıstandan çıxmasından sonra terrorist qruplarının qonşu dövlətlərə yayılması təhlükəsi yaranıb. Rusiyalı nazir İran ilə birlikdə bu problemlə məşğul olacaqlarını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Tehranın Moskva ilə qırıcı və helikopterlər almaq üçün danışıqlar apardığı bildirilib.

Copy link
Powered by Social Snap