S-550 və S-500 Rusiyanı raket əleyhinə və kosmosdan müdafiə edəcək

S-550 və S-500 zenit raket kompleksləri Rusiyanın strateji obyektlərinin raket əleyhinə və kosmosdan müdafiəsinin əsasını təşkil edəcək. Bununla belə S-550 sistemi S-500 “Prometey”in əvəzləyicisi olmayacaq.

Herbiand.az xəbər verir ki, bu barədə TASS öz mənbələrinə istinadən xəbər verir.

Verilən məlumata görə, S-550 sistemi S-500-dən daha mükəmməl model olmayacaq. O, ancaq sələfindən yüngül və daha mobil olacaq. Həmçinin “Prometey”dən fərqli olaraq S-550-nin qarşısına digər döyüş tapşırıqları qoyulacaq.

Mənbənin bildirdiyinə görə, bu iki sistem birlikdə Rusiyanın strateji obyektlərini hipersəs hədəflərindən qorumaq tapşırıqlarını yerinə yetirəcək. Bu kompleksləri yoxlanmış və etibarlı olan S-350 “Vityaz” sistemi müşayiət edəcək.

Qeyd edilib ki, zenit raket komplekslərindən ibarət olan bu şəbəkə indiki gündə mövcud olan bütün hədəflərə çata bilər.

Copy link
Powered by Social Snap