Əsgərləri əsir düşən erməni kombat həbs edildi

Sərhəddə yerləşdirilmiş Ermənistan ordusunun batalyn komandiri 16 noyabrda mövqelərini tərk etdiyinə və əsgərlərinin girov düşməsinə səbəb olmuş səhlənkarlığa görə həbs edilib.

Herbiand.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” saytı yayıb.

Məlumata görə, mayor Q.Q. 10 döyüş postina cavabdeh olub. Mayor özü 7 əsgərləç birlikdə döyüşdən qaçıb. Onun tabeliyində olan 11 əsgər əsir düşüb, döyüş zamaı ölmüş iki əsgərin cəsədi isə 17 və 19 noyabr tarixlərində Azərbaycan tərəfindən Ermənistana təhvil verilib.

Ermənistan Hərbi Prokurorluğunda 22 noyabr tarixində müvafiq maddə ilə cinayyət işi açılıb. 25 noyabrda isə məhkəmə mayor haqqında həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbl edib.  

Copy link
Powered by Social Snap