Türkiyədə 4 Rusiya vətəndaşı cəsusluq ittihamı ilə saxlanılıb

Türkiyədə 4 Rusiya vətəndaşı casusluqda ittiham olunaraq saxlanılıb.

Herbiand.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb. Məlumata görə, Saxlanılan şəxslər  şəxslər İstanbulun Baş Prokurorluğunun əməkdaşları tərəfindən qanunsuz kəşfiyyat fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.

Siyasi və hərbi casusluq ittihamı üzrə 4 Rusiya vətəndaşı ilə yanaşı, 1 Ukrayna və 1 Özbəkistan vətəndaşı da saxlanılıb.

Həmçinin qeyd olunur ki, saxlanılan şəxslər Türkiyədə olan çeçen müxaliflərə qarşı birgə silahlı hücum hazırlayıb və bu məqsəd üçün silah da alıblar.

Copy link
Powered by Social Snap