Azərbaycanda son sutkada COVID-19-a yoluxanların statistikası açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2315 yeni yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb.

Herbiand.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 514289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483559 nəfər müalicə olunaraq sağalıb, 6869 nəfər vəfat edib, aktiv xəstə sayı 23861 nəfərdir.

Copy link
Powered by Social Snap