Azərbaycanda son sutkada COVİD-19-un statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 712 yeni yoluxma faktı qeydə alınıb, 1 813 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 485 987 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 464 611 nəfər müalicə olunaraq sağalıb, 6 573 nəfər vəfat edib, aktiv xəstə sayı 14 803 nəfərdir.
Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 4 887 165 test aparılıb.

Copy link
Powered by Social Snap