Azərbaycanda virus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 949 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 006, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 943 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 736 939, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 808 142, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 928 797 təşkil edir.

Copy link
Powered by Social Snap