COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 67400 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51043 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8417975, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4730132, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3687843 təşkil edir.

Copy link
Powered by Social Snap