Uşaqlar arasında COVID-ə yoluxma artıb

“Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb”.

Herbiand.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov “Yenidoğulmuşlarda görülən xəstəliklər” mövzusunda çıxışında deyib. O bildirib ki, bunun səbəbləri var: “Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa məktəblər açıldıqca, uşaqların ünsiyyəti artdıqca yoluxma riski artır. Bütün ölkələrdə uşaqlar arasında virusun yayılma ehtimalı artır”.

O həmçinin bildirib ki, ölkədə yenidoğulmuşlar arasında COVID-ə yoluxanlar var.

Copy link
Powered by Social Snap