Bu gün Türkiyə Ali Hərbi Şurasının iclası keçirilib

Keçirilən iclasda verilən qərarlar Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın tərəfindən açıqlanıb.
Qərara əsasən, 44 general və admiralın səlahiyyət müddəti 1 il, 320 polkovnikin səlahiyyət müddəti isə 2 il uzadılıb.
Qeyd olunub ki, 1 general yaş həddi səbəbindən 2021-ci il sentyabrın 1-dən, 29 general və admiral isə kadr çatışmazlığına görə 2021-ci il avqustun 30-dan təqaüdə göndəriləcək.

Məlumata görə, 17 general və admiral bir üst rütbə yüksəlib, 56 polkovnikə isə general və admiral rütbələri verilib.

Bildirilib ki, Quru Qoşunları komandanı Ümit Dündar yaş həddi səbəbindən təqaüdə çıxıb, onu birinci Ordu Komandanı, ordu generalı Musa Avsevər əvəzləyib. Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı, admiral Adnan Özbalın səlahiyyət müddəti isə bir il uzadılıb.

Hazırda 240 nəfər olan general və admiralların sayı 2021-ci il avqustun 30-dan sonra 266 nəfər olacaq.

Mikayıl Həsənli

Copy link
Powered by Social Snap